![](/up/news/article/thumb_iraq_esmaeeli.jpg)
ABŞ-ın İraqdakı hərbi komandanlığı bildirib ki, bu gün səhər Bağdadın şərqindəki Rəsafə məntəqəsində 9 ABŞ hərbçisi iraqlıların partlayış tələsinə düşərək yaralanıb.
Digər tərəfdən bu gün Bağdad və Fəlucə şəhərlərində pərakəndə hücumlar nəticəsində 6 nəfər ölüb, 7 nəfər də yaralanıbdır.
Sədr qəsəbəsindəki partlayışın qurbanlarının sayı da 72 nəfərə çatıb.
Bu partlayış dünən bu qəsəbənin şiələr yaşayan məntəqəsində baş verib. Nəticədə azı 104 nəfər də yaralanıbdır.