İraqda terror

İslam-Azeri.az internet qəzetinin Əl Bağdadiyyə telekanalına istinadlı xəbərinə görə İraqda dünən və bu gün terror aktları törədilib.

Verilən məlumata görə dünən Mosul şəhərində əldə düzəldilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində bir polis dünyasını dəyişib.

Bu gün də Mosulda yenə terrorçular bir avtomobili partladıblar.

İlkin məlumatlara görə 11 nəfər yaralanıb.

Yaralılardan bəzilərinin dünyasını dəyişəcəyi ehtimal edilir.

Polis geniş miqyaslı axtarış əməliyyatlarına başlayıb.


İslam-Azeri.az


В этом разделе