İraqda baş vermiş partlayışda 11 şiə-müsəlman həlak olub

İraq paytaxtının cənubunda avtomobildə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 11 nəfər həlak olub.

APA-nın bbc.com saytına istinadın verdiyi xəbərə görə, terror aktı axşam namazına toplaşan müsəlman şiələrinə qarşı törədilib.

İraqda bu cür hücumlar əsasən müsəlman şiələri və təhlükəsizlik xidməti əməkdaşlarına qarşı törədilir.

В этом разделе