İraqın paytaxtı Bağdaddakı bombalı hücumda ölənlərin sayı 21-ə çatdı.
Bağdadın qərb ərazilərindən məsul general Əli Fəthal, Mənsur səmtində bomba yüklü avtomobillə təşkil edilən hücumda 12 adamın öldüyünü, 10 adamın yaralandığını söylədi.
Bundan dəqiqələr sonra Kazımiyyə səmtindəki Ədən meydanında yenə bomba yüklü avtomobillə edilən hücumda da 9 adamın öldüyü, 38 adamın yaralandığı bildirildi.
Hücumda ölənlərdən ikisinin polis olduğu ifadə edildi.