İraqda 2 ABŞ əsgəri öldürüldü

Bununla da ABŞ-ın İraqı işğal etdiyi gündən etibarən ölən işğalçı ordu əsgərlərinin sayı 4399-a çatıb.

İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, ABŞ ordusundan bu gün verilən açıqlamada İraqda bu ölkəyə məxsus iki əsgərin öldüyü bildirilib. Əsgərlərdən birinin dünən Mosul yaxınlığında öldüyü bildirilib.
Açıqlamada digər əsgərinsə keçən gün qarşıdurmalarla əlaqəsi olmayan bir hadisədə öldüyü qeyd edilib.

Qeyd edək ki, ölən bu 2 amerikan əsgəriylə birlikdə İraqda döyüşün başladığı 2003-cü ilin Mart ayından bəri ölən amerikan əsgərlərinin sayı 4399 oldu.
İslam-Azeri.az

В этом разделе