İraqa spirtli içki ixracatı ildən-ilə artır

Nəcəf Əyalət Şurası üzvləri, bu əyalətin hər tərəfində içki satışı və içilməsinin qadağan olduğunu elan etdilər.


Müsəlman bir ölkə olan İraqa içki ixracatı ildən ilə artır.

İsra.Az-ın Farsnyus xəbər agentliyinin İraqın Kürd bölgəsindəki müxbirinə istinadən bildirdiyinə görə, İraqın ABŞ Ordusu tərəfindən işğal edildiyi 2003-cü ildən bu yana, pərdə arxası bu Müsəlman ölkəyə spirtli içki ixrac edilməsi get-gedə artdı. Bu vəziyyət, İraqlı din adamlarını ciddi olaraq narahat edir.

Türkiyə İxracatı İnkişaf etdirmə və Gücləndirmə Mərkəzi dünən ən son hazırladığı hesabatıyla Türkyənin 2008-ci ildə İraqa 22 milyon dollarlıq spirtli içki ixrac etdiyini bildirdi.

Yenə bu barədə alınan xəbərlərə görə, bu inkişaf məzmununda Müsəlman İraq xalqı və din adamlarını ən çox

Bu vaxt, İraqın dini şəhərlərində də içki paylama və satışlarının artması, İraqlı səlahiyyətliləri də narahat edir. Nəcəf Əyalət Şurası üzvləri, bu əyalətin hər tərəfində içki satışı və içilməsinin qadağan olduğunu elan etdilər.

İsra.Az

В этом разделе