Aviqdor Libermanın radikallığı bütün hədləri keçdi
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman Qərbin Suriya və İranla münasibətlərdə Liviya təcrübəsindən istifadə etməsini gərəkli sayır.
"Tripoli ilə müqayisədə Dəməşq və Tehran dünya üçün daha böyük təhlükədir. Bu ölkələrdəki rejimlər Müəmmar Qəzzafi ilə müqayisədə öz vətəndaşlarına daha çox divan tutub. Həmin rejimlər dünya üçün də təhlükədir", - Liberman deyib.
Onun sözlərinə görə, Müəmmar Qəzzafi rejimi təki, İran və Suriyadakı hakimiyyətlər də həmin ölkələrdə demokratiya tələbi ilə keçirilən etiraz nümayişlərini amansızlıqla yatırıb.