![](/up/news/article/flags/thumb_israel_iran_nuclear.jpg)
İsrail müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi Amos Gilad ölkəsinin qarşısında duran əsas təhlükənin İran olduğunu bəyan edib
Onun sözlərinə görə, İran probleminin həlli ölkə liderləri üçün prioritet xarakter daşımalıdır.
«Təhlükəsizlik nöqteyi-nəzərindən İsrail hələ heç vaxt indiki qədər cəbhəyə qarşı olmayıb. Biz prioritetləri müəyyənləşdirməli və ilk növbədə nəyə diqqət yetirəcəyimizi bilməliyik. Mənim fikrimcə, bu İrandır», deyə Gilad bildirib.
Gilad bildirib ki, "İran gücü ABŞ-a bərabər olan imperiya yaradacağına inanır. İran raketlərinin təhlükəsi bundan xəbər verir".
Gilad İranın bu günü ilə əlaqədar isə bunları deyib: "Bu gün isə İran uranı zənginləşdirə bilib. Onlar bu gün artıq çıxış xəttindədirlər. Uranları var, elmləri var, amma hələ ki, nüvə silahı istehsal etmirlər".