İmam Əlinin (ə) hərəmi yaxınlığında terror

Bu gün İraqın Nəcəf şəhərində terror aktı törədilib.

İslam-Azeri.az İnternet Qəzetinin “Kanal 7″-ə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 4 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

Xəsarət alanların 3-ü polis əməkdaşıdır.

Terror aktının Həzrəti Əlinin (ə) hərəminin yaxınlığında törədildiyi bildirilib.

Ölən və yaralananların çoxunun İranlı zəvvarların olduğu xəbər verilib.

В этом разделе