"Hizbullah" sionistləri təşvişə salıb

Livan "Hizbullah"ı ən müasir silahlarla, o cümlədən uzaq mənzilli raketlər, Havadan Müdafiə Sisitemləri, tankəleyhinə mərmilərlə təchiz edilib.

İslam-Azeri.az İnternet qəzetinin sionist KİV-inə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla İsrailin hərbi kəşfiyyatı AMAN-ın analitik şöbəsinin rəhbəri briqada generalı Yosi Baydats işğalçı rejim parlamentinin xarici siyasət və müdafiə komitəsində çıxışı edib.

Onun sözlərinə görə, «Hizbullah» İsraillə hərbi münaqişədə maraqlı deyil. Amma bununla yanaşı Müqavimət Hərəkatının hərbi potensialı durmadan artmaqdadır. Eyni zamanda sionistlər tərəfindən şəhid edilmiş İmad Muğniyyənin qisası hər an və dünyanın istənilən nöqtəsində alına bilər.

В этом разделе