"Hizbullah" İsrail təxribatına getmədi

Bir müddət əvvəl "Məryəm" adlı humanitar yardım aparan gəmi Livandan Qəzzaya getməli idi.

Lakin İsrail tərəfi bu gəminin "Hizbullah" hərəkatına məxsus olduğunu iddia edərək dünya ictimaiyyətinə bunun üçün tədbir görməyə səsləmişdi.

İslam-Azeri.az internet qəzetinin "Əl Mənar"a istinadən verdiyi xəbərə görə, İsrailin "gəmiyə hücum edəcəyik" bəyanatlarından sonra "Hizbullah" hərəkatı bu təxribata getməmək barədə açıqlama verib.

Açıqlamada deyilir: "Bu günə kimi Qəzzadakı ailələrimizə embarqonu yarmaq məqsədilə aparılan yardımlar üçün atılan bütün addımları təqdir edir və bu işi görənləri salamlayırıq. Lakin düşmənə bəhanə verməmək üçün biz bu gəminin getməsini düzgün hesab etmirik və bu yardımların aparılmasını təxirə salırıq. Bunu öz istəklərimiz üçün deyil, günahsız insanların təhlükəsizliyi üçün edirik. Allah bu yolda səy göstərənlərə yardım etsin!".

İslam-Azeri.az

В этом разделе