“Hizbullah, Fələstin üçün öhtəliyi öz boynuna götürüb”

İsra.az internet qəzetinin İsraHaber-ə istinadən verdiyi xəbərə əsasən Livan İslami Müqaviməti Hizbullahın Cənub Livan nümayəndəsi Şeyx Nəbil Qauq, Livanın Marun Ras bölgəsində təşkil edilən “Fələstin və Qüds Üçün Müsəlman Alimlər Yığıncağı”nda etdiyi danışmasında, Hizbullahın Fələstin üçün hər cür əvəzi ödəməyə hazır olduğunu söylədi.

Şeyx Nəbil “Qüds, artıq konfranslardan, zirvələrdən və danışmalardan bezdi. Fələstinli bir uşağın Sionist işğalçılara atdığı bir daş da, Ərəblərin təşkil etdiyi konfranslardan və zirvələrdən daha böyük təsir yaradır. Qüds, igidləri və havaya qaldırılan silahları darıxır. Yalnız cənub Livandakı müqavimət belə konfranslardan və zirvələrdən İsraili daha çox qorxutmaqdadır. İsraili konfranslardan, zirvələrdən qorxmamaqdadır” dedi.

Şeyx Nəbil “Marun Rasdan, zəfər qazanan cənub Livanda Sünni və Şiə alimlər olaraq bir araya gəlir, bir tək məzhəbdə, müqavimət məzhəbində birləşirik. Fələstin xalqı bilsin ki bizlər, Məscidi Əqsa və Qüdsü müdafiə etmək üçün ən ön sıradakı yerimizi qoruyacağıq. Qüdsdə, Fələstin bayraqları dalğalanana qədər ən ön sırada qalmağa davam edəcəyik” dedi.

В этом разделе