Media-İslam.Com saytının İsra Haberə istinadən
verdiyi xəbərə əsasən Livan İslami Müqaviməti Hizbullahın Cənub Livan səlahiyyətlisi Şeyx Nəbil Kavuk, dünən etdiyi bir danışmasında, Livan və Fələstin müqavimətinə dəstəyindən ötəri İran xalqına və hökumətinə təşəkkür etdi.
Şeyx Kavuk, "İran, 2006 İyul döyüşündən sonra vədlər etdi və vədlərinə
sadiq qaldı. Vəd etdiklərindən daha da çoxunu etdi. İran xalqına və hökumətinə təşəkkür edirik" dedi.
Şeyx Kavuk, danışmasını belə davam etdirdi: "İran, Fələstin və Livan
müqavimətinin qaynağıdır. Gerçəkləri təhrif edənlər, İsrailin
düşmənliyini görməməzlikdən gələnlər və İranın Fələstinə olan
dəstəyini qınayanlar, müqavimət xalqlarını təmsil etmirlər."
Şeyx Kavuk son olaraq, "Hizbullah, Fələstin xalqının yanında qalmağa davam edəcək" dedi.