"Hizbullah dünyanın ən güclü əks kəşfiyyatına malikdir"

Hizbullahın lideri Həsən Nəsrullah

Livanın Hizbullah təşkilatının rəhbəri, bu təşkilatın ən güclü əks kəşfiyyata malik olduğunu bildirib

Faktxeber.com-un Livanın “Əl-Mənar” telekanalına istinadən verdiyi məlumata görə, Livanın Hizbullah təşkilatı rəhbəri Seyyid Həsən Nəsrullah maraqlı açıqlamalarla çıxış edib. O, çıxışı zamanı adı gedən təşkilatın iki hissədən, yəni “əhali” və “təşkilati sistem”-dən ibarət olduğunu bildirib. Qeyd edək ki Seyyid Nəsrullah, birinci bölümə hər hansı bir sızmanın ehtimal olmasına baxmayaraq, ikinci bölümdə heç bir vəchlə sızmanın mümkün olmadığnı vurğulayıb.

Məlumat üçün bildirək ki, təşkilat lideri həmçinin ötən çıxışında Livanın keçmiş baş naziri Rəfiq Həririnin ölümü ilə bağlı verdiyi açıqlamalara aydınlıq gətirərək deyib ki: “Ötən çıxışımda Rəfiq Həririnin İsrail tərəfindən terror edilməsi barədə gətirdiyim sənəd və video lentlər, sadəcə ehtimalların sübutu üçün gətirilən dəlillər idi. Amma bizdə İsrail tərəfindən bu hadisənin törədilməsi barədə tam şəffaf fakt və sübutlar mövcuddur. Biz onları məntəqədə yeni bir gərginliyin məhz bizim tərəfimizdən yaranmaması üçün hələ ortaya çıxarmamışıq. Bizim narahatçılığımız ondadır ki, Həririnin terroru ilə bağlı beynəlxalq HAAQA məhkəməsi ehtimalların çox ciddi şəkildə özündə ehtiva edən bizim sənədlərimizə etinasız yanaşır və bu da məhkəmənin qərəzli və siyasi olmasından xəbər verir.”

В этом разделе