HƏMAS «Misir divarı»na dair bəyanat qəbul edib

Sənəddə bildirilir ki, buna qətiyyən bəraət qazandırmaq olmaz və divarın inşası Qəzza zolağının əhalisinin həyatını bir qədər də çətinləşdirəcək.

İslam-Azeri.az İnternet qəzetinin FİM-ə istinadən verdiyi məlumata əsasən, Fələstin İslam Müqaviməti Hərəkatı (HƏMAS) Misirlə Qəzza sərhəddində yeraltı dəmir divarın inşasını kəskin surətdə pisləyən bəyanatla çıxış edib.

ƏMAS-ın bəyanatında rəsmi Qahirənin divarın inşasının yalnız Misirə aid olmasını iddia etməsi pislənir: «Belə bir iddiaya heç bir əsas yoxdur. Çünki müsəlman-ərəb xalqı dini, milli və bəşəri dəyərləri əsas tutaraq, qonşu qardaş xalqı məhvə düçar edə bilməz! Əksinə, onlar Qəzzanın blokadasının ləğvinə cəhd etməlidirlər. Amma bunun əvəzinə Misir blokadanı bir qədər də gücləndirir, Qəzza əhalisini ölümə məhkum edir!»

Sənəddə Mahmud Abbas tərəfdarlarının divarın inşasını müsbət dəyərləndirmələri də pislənib. HƏMAS bunu Abbas rejiminin sionistlərlə əlbir olmasının bariz nümunəsi kimi dəyərləndirib.

Bəyanatın sonunda Fələstin Müqavimət Hərəkatı bütün ərəb dövlətlərindən Qəza zolağının sionist və Misir zülmünə son qoyulması istiqamətində ciddi tədbirlər görülməsini tələb edib.
 

В этом разделе