HƏMAS: Mahmud Abbasın son addımları oyundan başqa bir şey deyil

Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas, öncə qeyri-legitim hakimiyyətə rəhbərlik etmiş Salam Fayyada, yeni qanunsuz Nazirlər Kaibenti təşkil etmək sərəncamı verib

Verilən məlumata görə, Mahmud Abbas guya həmin hakimiyyətdə bütün təşkilatların təmsil olunacağını vəd edib, - “Rosbalt” xəbər verir.

Fələstinin HƏMAS hakimiyyəti Mahmud Abbasın bu qərarını Fələstin xalqını aldadmaq üçün yeni oyun adlandırıb. HƏMAS hakimiyyətindən bildirilib ki, həmin hakimiyyətin buraxılması və yenidən toplanması formallıqdan başqa bir şey deyil və Fələstin xalqının maraqlarına cavab vermir. Bu barədə HƏMAS sözcüsü Faizu Bahrum məlumat verib./deyerler/

В этом разделе