Həmas lideri Britaniya parlamentində çıxış edəcək.
İslam-Azeri-nin Əqsanın səsi-radiosuna istinadlı xəbərinə görə Fələstin Müqavimət təşkilatı olan Həmasın siyasi büro lideri Xaild Məşəl Britaniya parlamentində video körpü vasitəsilə çıxış edəcək.
O təşkilatla və bölgədəki məsələlərlə bağlı ingilis deputatların suallarına cavab verəcək.
Diqqətinizə çatdıraq ki, bu yaxınlarda Livan Hizbullahının deputatlarından biri də Britaniya parlamentində çıxış etmişdi.
İslam-Azeri.az