İran prezidenti Suriyaya xarici müdaxiləni yolverilməz hesab edir
İran prezidenti Mahmud Əhmədinejad televiya kanallarının birinin suallarına cavab verib. 313news.neti-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, İslam Respublikasının prezidenti bildirib ki, Suriya xalqı və dövləti uzlaşma əldə edərək nəticəyə gəlməlidirlər: "Hər hansı bir kənar ölkənin Suriyanın daxili işlərinə qarışmağa haqqı yoxdur".
Nüvə məsələsinə də toxunan Əhmədinejad bildirib ki, hər bir dövlətin nüvə enerjisindən istifadə etmək hüququ var və bir neçə dövlət bunu öz inhisarına ala bilməz.