Fələstinin FƏTH və HƏMAS hərəkatlarının nümayəndələri Qəzza Zolağında təhlükəsizliyin təmin edilməsi üçün birgə orqanın yaradılması barədə razılıq əldə ediblər. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə FƏTH-in yüksək vəzifəli nümayəndəsi Əzam əl-Əhməd bəyan edib.
Təhlükəsizliyin təmin edilməsi üzrə yeni strukturda təqribən 3 min əməkdaş iştirak edəcək. /ANS PRESS/
FƏTH və HƏMAS Qəzza Zolağında təhlükəsizliyi birgə təmin edəcək
Yeni yaradılacaq strukturda üç min əməkdaş fəaliyyət göstərəcək