Fəth və Həmas keçid hökuməti yaratmaq niyyətindədir

“Fəth” və “Həmas” keçid hökumətinin yaradılması, eləcə də Fələstin muxtariyyətində ümumi seçkilərin aparılması barədə razılığa gəlib

Bu barədə “Reuters” Misir kəşfiyyatına istinadən məlumat yayıb.

“Məsləhətləşmələr nəticəsində qarşısında konkret vəzifələrin və seçkilərin vaxtının təyin olunması duran keçid hökumətinin təşkili də daxil olmaqla, danışıqarın bütün maddələri üzrə qarşılıqlı anlaşma əldə olunub”, - deyə SalamNews “Vesti”yə istinadən xəbər verir.

Xatırladaq ki, 2005-ci ildə Fələstin müxtariyyətinin sədri “Fəth” rəhbəri Mahmud Abbas seçilib. Lakin 2006-cı il parlament seçkilərində “Xəmas” qalib gəlib. İki qruplaşma arasında yaranan münaqişə nəticəsində 2007-ci ildə “Xəmas” Qəzza sektorunu öz nəzarətinə götürüb, İordan çayının qərb sahili əraziləri isə “Fəth”in idarəsində qalıb. O vaxtdan indiyə kimi “Fəth” və “Həmas” ümumi dil tapa bilmirdilər.

В этом разделе