Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı 100-ü keçib

 

Lesoto 1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyini tanıyan növbəti ölkədir


 

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Artıq Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı 100-ü keçib.

Xarici mətbuatda Afrika qitəsindəki Lesoto Krallığının müstəqil Fələstin dövlətini tanıdığına dair xəbərlər dərc olunub. Xəbərlərdə krallığın 1967-ci ildən əvvəlki sərhədlər daxilində Fələstin dövlətinin müstəqilliyini tanıdığı qeyd edilərək, ölkələr arasında ikitərəfli diplomatik münasibətlərin bərpasına dair qərar qəbul edildiyi də öz əksini tapıb. 

Qeyd edək ki, Lesotonun BMT-dəki daimi nümayəndəsi bu barədə yayılan xəbərləri təsdiqləyib. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


 

В этом разделе