Fələstin BMT Baş katibinə təşkilata üzv olmaq üçün müraciət edib. Bu barədə BMT mətbuat xidməti məlumat yayıb
Sənəddə dövlətin 1967-ci ildəki «Altıgünlük müharibə»dən əvvəlki sərhəddə qəbul edilməsi xahiş olunur.
Daha öncə ABŞ Fələstinin BMT-yə müraciəti halında ona veto qoyacağını bildirib. İsrail isə Fələstinlə danışıqları dayandıracağını bəyan edib. /APA/