«Facebook» İsrail ordusunun əməliyyatını iflasa uğratdı

İsrail ordusunun əsgərlərindən biri SAXAL-ın Qəzza rayonlarından birində keçirməyə hazırlaşdığı əməliyyat haqda «Facebook» şəbəkəsində elan yerləşdirib.

«NRG-Maariv» portalı xəbər verir ki, əməliyyatdan əvvəl internetdə dostları ilə söhbətləşən yəhudi əsgər nədənsə səhifəsindəki status bölməsinə hazırlaşdıqları əməliyyat haqda dəqiqliklə məlumat yerləşdirib: «Çərşənbə günü Katanahı təmizləyəcək və cümə günü evə döənəcəyik». Qeyd edək ki, Katanah Rəmallah yaxınlığındakı kiçik kəndlərdən biridir.

Əsgər səhifəsində əməliyyatda iştirak edəcək hərbi bölüyün adını, əməliyyatın başlama saatını və digər gizli məlumatları da yazıb. Bunu görən digər əsgərlər bu haqda rəhbərliyə məlumat verməyi vacib biliblər. Nəticədə rəhbərlik əməliyyatın ləğv olunması haqda qərar qəbul edib. Səbəbkar əsgər isə ordudan qovulub.

Milli.Az

В этом разделе