Ərəb liderləri Yəmən prezidentini bir daha istefa verməyə çağırıb

Yəmən müxalifəti isə ultimatum irəli sürüb

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası Yəmən prezidenti Əli Abdulla Salehi bu ölkədəki siyasi böhranın həlli üzrə planı imzalamağa bir daha çağırmağı qərara alıb. Təşkilatın baş katibi Əbdüllətif əz-Ziani Səudiyyə Ərəbistanının Ciddə şəhərində bunu bəyan edib. Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin ötən gün Ciddədə Yəmənlə bağlı növbəti iclası keçirilib-ANSPRESS "Euronews"a istinadən xəbər verir.

Xatırladaq ki, təşkilatın Yəməndə yaramış siyasi böhranın həlli üzrə sülh təşəbbüsü hələ aprelin əvvəlində irəli sürülmüşdü. Plana əsasən Yəmən prezidenti ona və ailə üzvlərinə toxunulmazlıq hüququ müqabilində barışıq razılaşmasını imzaladıqdan sonra 30 gün ərzində postunu tərk etməlidir. Hazırda Ər-Riyadda hərbi hospitalda olan Əli Abdulla Salehin həmin razılaşmanı imzalamaqdan dəfələrlə imtina etməsindən sonra ərəb ölkələri təşəbbüsü geri götürmüşdü.

Yəmən müxalifəti isə prezidentin səlahiyyətlərini müvəqqəti icra edən vitse-prezidentə keçid hökumətin yaradılması tələbi ilə ultimatum irəli sürüb

В этом разделе