Ərdoğanın polis kartejinə hücum olunub

Rəcəb Təyyib Ərdoğan

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın müşayiət edən polis kortejinə Kastamonu şəhərindən Ankaraya qayıdarkən hücum edilib

APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, polis kortejinə əl bombası atılıb, sonradan odlu silahdan atəş açılıb. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, bir nəfər yaralanıb.
Ərdoğan Kastamonu şəhərinə seçicilərlə görüşmək üçün getmişdi. O hücum zamanı AKP-nın maşın karvanında olmayıb. Kastamonuda keçirilən AKP-nin mitinqində çıxış edəndən sonra Baş nazir vertolyotla Amasiyaya gedib.
Polis hücum edən terrorçuların gizləndiyi meşəlikdə əməliyyat aparır.

В этом разделе