Ərdoğan Somaliyə səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Somaliyə səfərinin tarixi bəlli olub.

313news.net saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Ərdoğan Moqadişoya avqustun 18-də səfər edəcək. Səfalətdən əziyyət çəkən Somaliyə edəcəyi səfərdə Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Əhməd Davutoğlu və onun həyat yoldaşı və digər əlaqədar şəxslər müşayiət edəcəklər. Səfər iki gün davam edəcək.

В этом разделе