Ərdoğan: "Türkiyə İsrail ilə danışıqlar aparmaq niyyətində deyil"

"Danışıqların aparılmasından danışmağın mənası yoxdur"

"Türkiyə Qəzza sektorunda yaranan vəziyyəti həll etmək üçün İsrail hakimiyyəti ilə danışıqlar aparmaq niyyətində deyi"l. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Hazırda Türkiyə-İsrail münasibətləri sıfır səviyyədədir, buna görə də İsrailin Qəzza sektoruna hücumlarının dayandırılması üçün Ankara və Təl-Əviv arasında danışıqların aparılmasından danışmağın mənası yoxdur", - Ərdoğan qeyd edib.

Baş nazir deyib ki, İsrail ilə danışıqları onunla sıx əlaqələri olan ölkələr aparmalıdır.

O, həmçinin vurğulayıb ki, Qəzza sektorundakı vəziyyətin nizamlanması üçün bu gün axşam saatlarında ABŞ Prezidenti Barak Obama ilə telefon danışığı aparacaq, habelə Rusiya Prezidenti Vladimir Putin və BMT-nin baş katibi Pan Gi Munla danışıqlar aparmaq niyyətindədir.

В этом разделе