![](/up/news/article/lider/thumb_erdogan5.jpg)
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan, Ədalət və İnkişaf Partiyasının (AKP) konfransında çıxış edib
SalamNews-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyədəki və dünyadakı hadisələri şərh edən Ərdoğan BMT-nin ünvanına tənqidi fikirlər səsləndirib.
O deyib: “Bəzi ölkələrin haqsız və insanlıqdan uzaq hərəkətlərinə göz yumurlar, ancaq bəzilərinə gözünü açmağa imkan vermilər. Əgər ədalətli davranmasanız, bəşəriyyətin vicdanında ədalət duyğusu oyandırmasanız, dünyadakı problemləri də həll edə bilməyəcəksiniz. Bu həqiqətləri keçən həftə iştirak etdiyim BMT Baş Assambleyasında da bildirdim. İrana nüvə enerjisi səbəbi ilə sanksiya tətbiq edəcəksən, amma İsrailə gəlincə, səssiz qalacaqsan, göz yumacaqsan. Budumu ədalət?
Bunları demək lazımdır, deməyə məcburuq, çünki Türkiyə də bu həqiqətlə qarşılaşa bilər. Bugünki Türkiyə 9 il əvvəlki Türkiyəsi olmadığı üçün bu sözləri deyə bilir”.