![](/up/news/article/lider/thumb_erdogan.jpg)
"Çünki atom bombası var"
Cənubi Afrika Respublikasında səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin xarici siyasəti ilə bağlı konfrans keçirib. Konfransdan sonra mətbuat konfransı keçirən Ərdoğanla ona sual verən İsrail səfirliyinin nümayəndəsi arasında maraqlı bir dialoq baş tutub-ANS PRESS IHA-ya istinadən xəbər verir.
İsrail rəsmisinin "Fələstinlilər yeraltı sığınacaqlarla keçirdikləri raketlərlə insanlarımızı öldürür, bunu necə qiymətləndirirsiniz?" sualına Rəcəb Tayyib Ərdoğan özünəməxsus şəkildə cavab verib:
"Bunu bilməyinizi istəyirik ki, bu tunellərdən atom bombası keçməz, nüvə silah keçməz. Fosfor bombaları keçməz. İsrail Qəzzanı fosfor bombaları ilə bombalayıb. Bu, kütləvi qırğın silahıdır. Kütləvi qırğın silahı istifadə etmək cinayətdir. Buna hər halda "bəli" deyə bilməzsiniz. O tunellərdən keçsə-keçsə, kötük diametrli silahlar keçə bilər, tüfəng keçər, bunlar keçər, amma oradan tank, top bunlar keçməz, deyilmi? Amma Qəzza tanklarla toplarla əhatə edilib və bir tərəfdən də fosfor bombaları atılıb. BMT binalarını belə bombaladınız. İsrail bunu da etdi. Və heç bir zaman məndə atom bombası var deyə bilmirsiniz. Səssiz qalırsınız. Amma İranda atom bombası var deyə, hər kəs İrana hücum edir. Bu necə ədalətdir? Mən bu anda İsraili də ətrafı üçün, bölgə üçün təhdid ünsürü olaraq görürəm, çünki özündə atom bombası var. Bütün bunlar yalanşı, İsrail bu gün işğalçı vəziyyətindədir və İsrail dövləti bölgədə terror tətbiq etməkdədir...
Bu dövlət terrorunun tətbiqi yeni deyil və mən soruşuram; madam Qəzzadan Fələstindən raketlər atılıb, bunu mən jörmətli Olmertən də soruşdum, digər israillilərlə də görüşəndə soruşdum, dedim "neçə dənə israilli ölüb, söyləyərsinizmi?" bizə cavab verə bilmədilər. Amma biz 7-dən 70-ə on minlərlə fələstinlinin, qəzzalının o bölgədə İsrailin bu bombaları qarşısında öldürüldüyünü çox yaxşı bilirik və bunun mərhəmətsizcə edildiyini bilirik. Bölgədə ən əhəmiyyətli dostu Türkiyə idi. Niyə itirdi? Bu yanaşmalarına görə. Və beləcə onsuz da bölgədə özünü təkliyə itələmiş vəziyyətdədir. O torpaqların, o ərazilərin sahibi İsrail deyil, o ərazilərin sahibi fələstinlilərdir. Siz bu anda Cənub Afrikada azad yaşayırsınız, rahat yaşayırsınız, dinc yaşayırsınız, amma fələstinli öz torpaqlarında bu hüzuru tapa bilmir. Bu dinclik onlar üçün yoxdur".