Ərdoğan: "Əsəd rejimi Türkiyənin təhlükəsizliyinə təhlükədir"

"Suriyanın beynəlxalq hava məkanında Türkiyə SQ-nin hərbi təyyarəsini vurmasından sonra Ankara beynəlxalq hüquq normaları çərçivəsində daha ciddi addımlar atacaq"

Suriyanın hazırkı rejimi Türkiyə və onun vətəndaşları üçün təhlükədir. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri TRT Haber telekanalı yayıb.

"Suriyanın beynəlxalq hava məkanında Türkiyə SQ-nin hərbi təyyarəsini vurmasından sonra Ankara beynəlxalq hüquq normaları çərçivəsində daha ciddi addımlar atacaq", - Ərdoğan deyib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "RF-4E" tipli kəşfiyyat təyyarəsi cümə günü Malatya vilayətindəki "Erhaç" aviabazasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan saat yarım sonra Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub.

Suriya Türkiyə təyyarəsini onun ölkənin hava məkanına soxulmasından sonra öz ərazi suları üzərində vurduğunu bəyan edib. Lakin Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bəyan edib ki, təyyarə beynəlxalq hava məkanında vurulub, onun qalıqları Suriyanın ərazi sularına düşüb.

В этом разделе