Ərdoğan ölümdən döndü

Baş nazirin avtomobilinin keçəcəyi körpünün altında bomba aşkar edilb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Şırnakda keçirəcəyi mitinq öncəsi böyük təhlükə ilə üz-üzə qalıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Mardinin Nusaybin rayonu ilə Şırnakın Cizre rayonları arasında körpü altına bombanın yerləşdirildiyi ilə bağlı jandarmaya məlumat daxil olub.

Bundan sonra jandarma sabah əraziyə gələrək və körpü üzərindən keçməli olan Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanını həmin əraziyə buraxmayaraq əməliyyata başlayıb. Jandarmanın məlumatına görə, körpü altından 3 ədəd 12 kq-lıq balonda yerləşdirilən və içərisində uzaqdan idarə olunan 36 kq TNT partlayıcı ələ keçirilib.

Ətraf ərazilərdəki əhali evakuasiya edildikdən sonra Mardin rayonu Jandarma Komandanlığı əməkdaşları partlayıcı maddəni zərərsizləşdirməyə müvəffəq olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

В этом разделе