Əmmar əl-Həkim: “Türkiyə Yaxın Şərqin yeni ümididir”

İordaniyanın paytaxtı Əmmandan İstanbula səfər edən əl-Həkim Halkalı bölgəsindəki Zeynəbiyyə məscidini və Mədəniyyət mərkəzini də ziyarət edib. Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz ilə görüşən əl-Həkim daha sonra jurnalistlərə müsahibə verib. İki ölkə arasında sıx əlaqələrin olduğunu nəzərə çatdıran əl-Həkim burada olduğu müddət ərzində dövlət başçısı Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Əhməd Davudoğlu ilə də görüşəcəyini deyib. «İki ölkə arasındakı sıx əlaqələr İslamdan qaynaqlanır. İslam sülh və barış dinidir. Bu böyük ölkə həm İslami, həm də demokratik dəyərləri qoruyub saxlayır. Türkiyənin nail olduğu iqtisadi inkişafa nəzər saldığımızda qürur hissi keçiririk. Türkiyənin İraqın yenidən inkişaf etməsində böyük rol oynayacağına əminik»,-deyə əl-Həkim bildirib.

İraqda milli və məzhəbi qruplar arasında münasibətlərin normallaşdığını və yerli problemlərin ölkə daxilində həll edilməsinin vacibliyinə toxunan əl-Həkim bu haqda belə deyib: “Hər nə qədər görüş ayrılıqları olsa da, biz hər bir zaman barış və ədalətin tərəfində olmuşuq. Türkmənlər də ölkədə təməl ünsürü təşkil edirlər. Biz onlara da hörmət etməyi əsirgəməməliyik. İraqda digər qrupların haqlarını müdafiə etdiyimiz kimi, türkmənlərin də haqlarını müdafiə edəcəyimizə söz vermişik”.

“İraqda təhlükəsizlik baxımından heç bir boşluq yoxdur. İraqın təhlükəsizlik qüvvələri mövcud boşluğu doldurmaq üçün səy göstərir. Bütün əcnəbi qüvvələrin ölkədən çıxmasına ümid edirik. Tez bir zamanda müstəqilliyimizi və ölkəmizdə əmin-amanlığın bərqərar olmasını səbirsizliklə gözləyirik”,- əl-Həkim deyib.

/haber5/

/AzeriMuslims/


В этом разделе