Əl-Cəzirə telekanalının açıqlaması Abbası hürküdüb

Fələstin lideri Mahmud Abbasın FATH partiyası camaatı "Əl-Cəzirə" teleşirkətinin Qərb Sahilindəki ofisi qarşısında etiraz nümayişi keçirməyə çağırıb

Milli.Az xəbər portalı bildirir ki, bu çağırış Əl-Cəzirə televiziyasının Yaxın Şərq sülh prosesinin müzakirəsinə dair yüzlərlə məxfi sənədləri açıqladığından sonra səslənib.

Əgər həqiqidirlərsə, bu sənədlərdə Fələstin rəhbərliyinin bir sıra həssas məsələlərdə gizlində İsrailə güzəştə getməyə hazır olduğundan bəhs edilir. Bu məlumat sızıntısında iddia edilir ki, İsrail məxsusi yəhudi məskunları məsələsində güzəştləri rədd edib.

FATH partiyası və Qərb Sahilindəki fələstin rəhbərliyi bu məlumat sızıntısının ziyanını məhdudlaşdırmağa cəhd edir.

Danışıqlarda fələstinlilərin nümayəndə heyətinin başçısı Sayeb Erekat bu açıqlamaları "iftira" adlandırıb.

Hazırda FATH-ın veb-saytında partiya üzvlərinin Rəmallahdakı "Əl-Cəzirə" (Al-Jazeera) telekanalının ofisi qarşısında etiraz nümayişi keçirməsinə dair çağırış yerləşdirilib.

Fələstinlilərin çoxu bu sənədlərdə onların rəhbərlərinin güzəştlərə hazır olduğunu iddia edən məlumatdan məyyus olub. Onları ən çox məyyus edən Qüdsün şərqində işğal edilmiş ərazilərin böyük hissəsinin İsrailə yəhudi qəsəbələrinin inşasını davam etmək üçün verilməsi təklifi barədə məlumatdır.

В этом разделе