İsrail müdafiə naziri Ehud Barak son günlərdə yenidən gündəmə gələn İsrailin İrana hücum etməsi ehtimalı ilə bağlı xəbərləri təkzib edib
«Nə mənim, nə də baş nazir Binyamin Netanyahunun İrana hücuma dair bir qərarımız yoxdur», deyə nazir bildirib.
«2011-ci ilin İsrailində iki nəfərin özbaşına bu tipli qərar verə bilməyəcəyini başa düşmək üçün dahi olmaq lazım deyil», deyə Barak əlavə edib.
Bir gün əvvəl İsrailin «Yediot Axronot» qəzeti yüksək vəzifəli mənbəyə istinadən baş nazir Binyamin Netanyahu və müdafiə naziri Ehud Barakın İrana hücum barədə qərar qəbul etdiklərini yazmışdı. /APA/