“Əhmədinejad Fələstin xalqının qəyyumu deyil”

Mahmud Abbas

Fələstin lideri Mahmud Abbas sentyabrın 7-də İran prezidenti Mahmud Əhmədinejada səslənərək ona öz ölkəsinin problemləri ilə məşğul olmağı məsləhət görüb

Sentyabrın 3-də Tehranda keçirilən “Qüds günü” mərasimində çıxış edən Mahmud Əhmədinejad Fələstin rəhbərlərini İsraillə apardıqları birbaşa sülh danışıqlarına görə kəskin pisləmişdi: “Sülh danışıqlarını aparanlar kimi təmsil edirlər? Bu danışıqlarda Fələstin hökumətinin nümayəndəsi kimdir və bu nümayəndəliyi necə əldə edib? Ümumiyyətlə, nə haqda müzakirə aparmaq istəyirlər? Fələstin haqdamı? Heç kəsin Fələstin torpaqlarını düşmənlərə satmaq hüququ yoxdur”.
"Azadlıq.az"ın məlumatına görə Mahmud Abbas “Əl-Ərəbiyyə” telekanalında çıxışı zamanı deyib: “Əhmədinejadın Fələstin xalqının işinə qarışmağa qətiyyən haqqı yoxdur. O öz ölkəsinin daxili işləri ilə məşğul olsun. Əhmədinejad Fələstin xalqının qəyyumu deyil”.

В этом разделе