Dmitri Medvedev Fələstinə gediir

Dmitri Medvedev

Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Yaxın Şərqə səfəri başlayır

Milli.Az «RBK»ya istinadən xəbər verir ki, səfər çərçivəsində o, İordaniya və Fələstinə baş çəkəcək. Elə bu gün Medvedevin Fələstin lideri Mahmud Abbasla görüşü nəzərdə tutulub. Onlar Yaxın Şərq münaqişəsinin həlli yolları, Qəzza zolağında vəziyyət, vahid Fələstinin bərpası məsələlərini müzakirə edəcək.
Daha sonra Kreml sahibi Əmmanda İordaniya kralı II Abdullahla bir araya gələcək.

В этом разделе