Dəməşqdə prezident Bəşər Əsədə dəstək nümayişi keçirilib

Diktatorun tərəfdarları dəstək nümayiş etdirirlər

Suriyanın paytaxtı Dəməşqdə prezident Bəşər Əsədə dəstək nümayişi keçirilib. Küçələrə çıxan on minlərlə insan Dəməşqin Mezze rayonu ərazisində Suriyanın nəhəng bayrağını açıblar. Bayrağın uzunluğu 2.3 kilometrdir. Əllərində Bəşər Əsədin şəkillərini tutan nümayişçilər prezidentə dəstək şüarları da səsləndiriblər.

Bəşər Əsəd tərəfdarları həmçinin Türkiyə ilə sərhəddəki Cisr Əş-Şuqur şəhərində 120 polis əməkdaşının öldürülməsindən sonra hökumət qüvvələrinin regionda başladığı əməliyyatlara dəstək nümayiş etdiriblər.  /ANS/

В этом разделе