Suriyada ixtişaşların simvolu kimi göstərilən müxalifətçi Əminə Əraf haqqında şok məlumatlar yayılıb.
İslam-Azeri.az İnternet Qəzetinin NPR-ya istinadən verdiyi xəbərə görə, Suriyada qarışıqlığın yarandığı gündən bəri "New York Times", "Washington Post", "Guardian", "Telegraph" və "Le Monde" qəzetlərinin haqqında danışdığı Əminə Əraf əslində həyatda olmayan bir insandır.
Bütün Suriyanı qarışdıran və meydanlarda öndə durduğu bildirilən xəbərlər yalan çıxdı. Ərafın şəkilləri isə başqasına aiddir.
NPR saytı Əminə Ərafla bağlı araşdırma aparıb. Araşdırma zamanı bəlli olub ki, İngiltərənin "Guardian" qəzetinin yayımladığı Əminə Ərafın şəkli, Londonda yaşayan bir qadına məxsus imiş.
Həyatda olmayan insan barəsində günlərdir xəbər yazan və yayan dünyanın məşhur qəzet və telekanalları Əminə Ərafın yoxluğu ilə barışa bilmirlər.
Son günlərdə isə Əminə Ərafın qaçırıldığı və polislər tərəfindən təcavüzə uğradığını bütün qəzetlərə mail şəklində bildirən və özünü Rania İsmail kimi tanıtdıran şəxs ona göndərilən heç bir məktuba cavab vermir. Bundan başqa araşdırmalar zamanı məlum olub ki, göndərilən məktub Suriyadan yox, Çindən göndərilib.
Hətta Əraf ailəsinin öldürüldüyü xəbəri belə dezinformasiya olduğu araşdırma nəticəsində məlum olub.
Bütün bu olanlardan sonra bəzi təşkilatlar Əminə Əraf haqqında araşdırma başladacaqlarını bildiriblər.