Bu il Kərbəlada Ərbəin mərasiminə 15 milyon zəvvar toplaşıb

Bu il digər illərə nisbətən ziyarətə gələn zəvvarların sayı xeyli artıb

İraqın müqəddəs Kərbəla şəhərinin Əyalət şurasından, bu il İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) münasibətilə bu şəhərdə yerləşən İmamın (ə) hərəmini ziyarət etmək üçün 15 milyon zəvvarın gəldiyini bildirib, -"Deyerler" ABNA-ya istinadən xəbər verir.
Əyalət şurasının rəhbəri Muhəmməd Həmid əl-Musavi bildirib ki, dünyanın bütün nöqtələrindən zəvvarlar Kərbəla şəhərinə İmam Hüseynin (ə) Ərbəininə qatılmaq üçün gəlib. "Əyalətin təhlükəsizlik və təşkilatı qurumlarının əməkdaşlarının verdikləri məlumata görə, bu il digər illərə nisbətən ziyarətə gələn zəvvarların sayı xeyli artıb. Hazırda Kərbəlada zəvvarların sayı 15 milyon nəfəri keçib", - deyə Hamid əl-Musavi bildirib.
O eyni zamanda bildirib ki, həmin zəvvarların qalması üçün mehmanxanalar çatışmadığından yerli əhali onları evlərinə qonaq aparıb və bir neçə gün ərzində yeməklə təmin edib.

В этом разделе