Bu gün Qüds qalib gəldi-Ərdoğan

Türkiyə baş naziri partiyasının 3-cü dəfə iqtidara gəlməsini qeyd edib

Türkiyədə keçirilən parlament seçkilərində bir "ilk" yaşanıb. Belə ki, AKP və onun başqanı Rəcəb Tayyib Ərdoğan 3 seçki ardıcıl səs faizini artıraraq iqtidara sahib olan partiya ünvanına sahib çıxıb.
AKP 2002 seçkilərində 34.28%, 2007 seçkilərində də 46.58% səs toplamışdı. 2011 seçkilərində isə demək olar ki, səslərin hamısı sayılıb və AKP 50%-lik səs hesabını qoruyur.

Qələbə ilə əlaqədar olaraq baş nazir Rəcəb Təyyib Ərdoğan ənənəvi "eyvan çıxışı"nı edib. Çıxışında bu qələbənin təkcə Türkiyənin yox, həm də regionun qələbəsi olaraq qeyd edib: "Bu gün həm də Qəzza, Qüds qalib gəldi".

В этом разделе