Bu gün dünyanın vicdan səslərindən
olan, sionist vəhşiliyini amerikalı qurbanı xanım Reyçel Korrinin şəhadətə
yetişdiyi gündür. Yaşından böyük olümlə bu dünyaya gözlərini yuman Reyçel xanım
sionizmin Fələstində törətdiyi zülmlərə dözməyərək zamanının vicdan səsinə
çevrildi.
Reyçel Korri 10 aprel 1979-cu
ildə Amerikada dünyaya göz açmışdır. Amerika Beynəlxalq Həmrəylik Hərəkatının
(İSM) üzvü olmuş Reyçel 2003-cü ildə qərbin bir çox insan haqları müdafiəçiləri
ilə birlikdə Fələstinə yollanmışdır. Həmin ərəfədə sionist rejimin müdafiə
nazirliyi tərəfindən Qəzzadakı fələstinlilərin evlərini uçurmalarına etiraz edərkən
buldozerin altında qalaraq şəhid olmuşdur. Beləki gözləri qan qoymuş işğalçı vəhşilər
evlərin dağıdılmasına etiraz əlaməti olaraq onların qarşısını kəsən Reyçelin üzərindən
rəhimsizcəsinə adlayaraq sionist dağıntılarına davam etmişlər. Bu hadisə düz 6
bundan öncə, 16 mart 2003-cü ildə II İntifazə zamanı Qəzzada baş vermişdir.
İndi xanım Reyçel Korrinin gündəliyi
Amerika gənclərinin stolüstü kitablarındandır. Onun 24 illik şərəfli həyatı Qərb
gəncliyi kimi bütün dünyanın gəncləri üçün örnəyə çevrilməkdədir.
Bu gün Fələstinin amerikalı şəhidinin ildönümüdür
Onun şərafətli ölümündən - şəhadətindən
6 il keçir.