İsrailin hərbi təhlükəsizlik rəhbəri Amos Yadlin Təl-Əviv hesabatını açıqlayıb
"Israhaber"in məlumatına görə Yadlin ölkəsinin 3 təhlükə mənbəyi ilə qarşı-qarşıya olduğunu bildirib. O qeyd edib ki, Quş-Dan bölgəsi İran, Suriya və Hizbullahdan (Livan) endiriləcək raket zərbələrinə açıqdır. Bundan başqa o, paytaxt Təl-Əvivin də bombardmana məruz qala biləcəyini deyib.
Fələstin və Livandakı müqavimət hərəkatlarının getdikcə gücləndiyinə diqqət yetirən Amos Yadlin, onlarda on minlərlə raketin olduğunu iddia edib. Lakin o deyib ki, bunlara baxmayaraq müqavimət hərəkatları onların nəzarəti altındakı ən kiçik bir əraziyə girə bilməz, İsrail ordusuna qarşı qələbə qazana bilməz.
Yadlin həmçinin İrana qarşı da fikirlərini qeyd edib: "Bölgədəki qeyri-sabitliyin səbəbi İrandır. İsrailin ərəb qonşuları ilə sülh prosesindəki ləngimə də İran səbəbilədir".