Bəşər Əsədin taleyi həll olundu?

Dünya liderləri Suriyada hakimiyyətin keçidi məsələsində razılığa gəliblər

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, dünya liderləri Suriyada prezident Bəşər Əsəd və onu hakimiyyətdən devirməyə çalışan müxalifət qüvvələri arasında qanlı münaqişəyə son qoymaq üçün hakimiyyətin keçidinə dair razılıq əldə ediblər.

Cenevrədə iclas zamanı BMT Təhlükəsizlik Şurasının üzvləri xüsusi nümayəndə Kofi Annanın sülh planının daha yumşaq versiyasını qəbul edib. Lakin burada Annanın özünün keçid hökumətinə daxil olub-olmayacağı məsələsi açıq qalır.

BMT-nin keçmiş baş katibi deyib ki, yeni keçid hökumətinə Əsəd hakimiyyəti və müxalifət üzvləri daxil olacaq. O bildirib ki, Əsədin taleyini Suriya xalqı özü həll etməlidir.

ABŞ dövlət katibi Hillari Klinton isə deyib ki, Suriyanın gələcəyində cənab Əsədə yer yoxdur: “Burada gəldiyimiz nəticə odur ki, o və əli qana bulaşmış başqaları artıq hakimiyyətdə qala bilməz”, - deyə o bildirib.

В этом разделе