Bərquti: "Sionist əsgərləri əsir götürün"

Sionist zindanının məhbəsi olan HƏMAS lideri Abdulla Bərquti Fələstinin Müqavimət Hərəkatına müraciət edərək, daha çox işğalçı israilli hərbçilərini əsir götürməyə çağırıb.

İslam-Azeri.az İnternet qəzetinin "Əl Cəzirə"nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bərquti HƏMAS tərəfindən əsir götürülmüş sionist əsgər Gilad Şalitin fələstinli məhbuslarla dəyişdirilmə prosesinin baş tutmamasına görə məsuliyyəti İsrailin baş naziri Binyamin Netanyahunun üzərinə qoyub.

Abdulla Bərquti qeyd edib ki, dəyişdirilməsi nəzərdə tutulan məhbuslar siyahısında onun adı Mərvan əl-Bərquti və Əhməd Sadətdən sonra üçüncü olub.

Üç uşaq atası olan Abdulla Bərquti 2003-cü ildə sionistlər tərəfindən həbs edilib və 67 illik həbsə məhkum edilib.

В этом разделе