Bəhreyn öz səfirini İrana geri göndərir

Bəhreynin xarici işlər naziri Şeyx Xəlifə əl-Xəlifə bəyanat yayıb.

FaktXeber.com-un verdiyi məlumata görə, ölkələr arasında faktiki bir illik diplomatik ayrılıqdan sonra Bəhreyn İrana öz səfirini geri göndərir.

Bəhreynin xarici işlər naziri Şeyx Xəlifə əl-Xəlifənin bəyanatında deyilir: «İran İslam Respublikasındakı Bəhreyn Krallığının səfiri özünün Tehrandakı iş yerinə qayıdır».

Xatırladaq ki, ötən ilin fevral-mart aylarında Səudiyyə Ərəbistanı ilə birlikdə Manamanın da şiələrə qarşı güc nümayiş etdirilməsinə rəsmi Tehran sərt tənqid irəli sürmüşdü. Bu hadisədən sonra Bəhreyn öz  diplomatik nümayəndəsini geri çağırmışdı.

Buna cavab olaraq, İran da öz səfirini Manamadan geri çağırmışdı.FaktXeber.com-un verdiyi məlumata görə, ölkələr arasında faktiki bir illik diplomatik ayrılıqdan sonra Bəhreyn İrana öz səfirini geri göndərir.

Bəhreynin xarici işlər naziri Şeyx Xəlifə əl-Xəlifənin bəyanatında deyilir: «İran İslam Respublikasındakı Bəhreyn Krallığının səfiri özünün Tehrandakı iş yerinə qayıdır».

Xatırladaq ki, ötən ilin fevral-mart aylarında Səudiyyə Ərəbistanı ilə birlikdə Manamanın da şiələrə qarşı güc nümayiş etdirilməsinə rəsmi Tehran sərt tənqid irəli sürmüşdü. Bu hadisədən sonra Bəhreyn öz  diplomatik nümayəndəsini geri çağırmışdı.

Buna cavab olaraq, İran da öz səfirini Manamadan geri çağırmışdı.

В этом разделе