Bayram günü Fələstində məscidlərə kilid vurulacaq

Mahmud Abbas

Mahmud Abbas hakimiyyəti bayram günü məscidləri bağlayacaq

Fələstində ayın gözlə görünməməsi əsas götürülərək Ramazan ayı 30-a tamamlanacaq və Fitr bayramı sabah (cümə günü) qeyd olunacaq. Bu munasibətlə muxtariyyatda müxtəlif tədbirlər keçiriləcək, həmçinin bayram namazı qılınacaq.

Lakin Fəthin Vəqf naziri Məhəmməd əl-Həbbaş bayram namazının ancaq açıq ərazilərdə və şəhər mərkəzlərində qılınmasına icazə verib. Bu haqda "haber5" məlumat verib. Nazir bayram namazına imamət edəcək şəxsləri özü təyin edib, hətta xütbənin də nazirlikdən göndərilən mətnlərə uyğun oxunmasını istəyib. Həmçinin həmin vaxtda namaz qılınmaması üçün yüzlərlə məscid bağlanacaq.

Bu isə öz növbəsində birmənalı qarşılanmayıb. Parlament nümayəndisi Mahmud ər-Rəmhi bunu Mahmud Abbasın diktaturası adlandırıb. O, bildirib ki, Abbas hökuməti xalqın razılığı olmayan danışıqlara gedib. Xütbələrə birbaşa müdaxilə olunması da bu istismari niyyətdən qaynaqlanır.

В этом разделе