Bağdadda üç partlayış baş verib: 6 ölü, 19 yaralı

Ötən axşam İraqın paytaxtı Bağdadın qərbindəki şiə rayonunda üç partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 19 adam xəsarət alıb. Partlayışlar gənc bağdadlıların toplaşdığı bilyard salonlarının yerləşdiyi binaların içərisində və ətrafında törədilib.

Cümə günü Bağdadın müxtəlif rayonlarında yeddi partlayış olmuşdu. Partlayıcıların əksəriyyəti şiə məscidləri yaxınlığında partladılıb. Dörd avtomobilin partladılması nəticəsində 39 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. Daha iki partlayış Bağdadın şiələr yaşayan Zəfəraniyyə bölgəsində törədilib-1 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Daha iki avtomobil isə Hürriyyə rayonundakı şiə məscidlərinin qarşısında partladılıb-22 nəfər ölüb, 45 adam yaralanıb.

Versiyalardan biri bundan ibarətdir ki, bu terror aktlarını “Əl Qaidə” terror təşkilatının silahlıları törətmiş ola bilərlər. Terror aktları İraqda dinlərərası zorakılığın bərpası təhlükəsini yaradıb.

ANS

В этом разделе