![](/up/news/article/Mescid/thumb_istanbul_-turkey.jpg)
Türkiyədə Diyanət İşləri Bakanlığının fevral 2006-ci il tarixli 230 saylı qərarı ilə xütbələrdə oxunan “Allah qatında din yalnızca İslamdır” ayəsinin qadağan edildiyi aşkara çıxıb
CHP İstanbul millət vəkili, keçmiş müfti İhsan Özkes Avropa Birliyinin (AB) istəyilə məsciddə oxunan ayənin qadağan edildiyini bildirib. "Deyerler"in “Haberturk”ə istinadlı xəbərinə görə, Özkes cümə namazlarının sonunda oxunan “Ali-İmran” surəsinin “Allah qatında din İslamdır” şəklindəki 19-cu ayəsinin AB-nin "ləğv edin" deməsindən sonra 17 fevral 2006-cı il tarixində 230 saylı Diyanət İşləri Başqanlığının əmri ilə qaldırıldığını bildirib.