Annan Suriyada Milli birlik hökuməti yaratmağı təklif edib

313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriyada Milli birlik hökuməti yaratmağı təklif edib. Annanın təklifinə görə, bu hökumətə həm hakimiyyət, həm də müxalifət nümayəndələri daxil olmalıdırlar.

Annanın təklifi iyunun 30-da Cenevrədə keçirilməsi planlaşdırılan Suriyaya dair beynəlxalq görüşdə müzakirə olunacaq əsas mövzulardan biri olmalıdır.

Annan həmçinin Suriyada milli barışığa mane olan şəxslərin sözügedən hökumətə daxil olmamasını təklif edib.

В этом разделе