Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bu barədə məlumat verib
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Ankarada baş vermiş partlayışla bağlı mətbuat konfransı keçirib. İdris Naim Şahin 3 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını deyib-ANS PRESS xəbər verir.
«İlkin ehtimallara görə güclü partlayış avtomobildə baş verib. Digər avtomobillərdə də qaz balonlarının olması onlarda da partlayışlara səbəb olub. 15 nəfərin yaralandığı, onlardan isə 5-nin vəziyyətinin ağır olduğu barədə məlumatımız var. Terror hücumu olması ehtimalı yüksəkdir. Eyni zamanda şahidlərin ifadəsinə görə əlində qaz ballonu olan bir şəxs bayıra çıxıb. Hazırda bu versiyanın üzərində durmuşuq. Bunun mümkünlüyü zəif olarsa, o zaman bu hücum özünü terror aktı kimi göstərmiş olacaq. Ankara baş prokurorluğunun nümayəndələri hadisə yerində araşdırmalar aparır. Apardıqları araşdırmaya görə küçədə ölü vtəndaşımız yoxdur. Binanın içində aparılan yoxlamalarda isə ilkin məlumatlara görə 3 vətəndaşımız ölüb. Hədəfi isə əlbəttə ki, bu aksiyanı həyata keçirən ən yaxşı bilər. Amma müşahidə kameraları nəzərdən keçirilir. Bu araşdırmanın nəticəsi isə hələlik məlum deyil. »- deyə İdris Naim Şahin bildirib.